Bakı metrosunda nə baş verir? -

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-İçərişəhər" xəttində hərəkət edən qatarın sonuncu vaqonunda pis qoxu olması səbəbindən sərnişinlər təxliyə edilib.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildiriblər.

"Qatara baxış keçirilib, hər hansısa texniki problem aşkar olunmayıb. Lakin vaqonda qoxu qaldığından, sərnişinlərin rahatlığı üçün qatar boşaldılıb və depoya yola salınıb. Xəttə yeni qatar verilib. Qoxu aradan qaxdıqdan sonra həmin qatar da işini davam etdirəcək", -deyə qurum məlumat verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR