Dünya bazarında neftin qiyməti artıb.
Metbuat.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin iyun müqaviləsinin dəyəri 1,06% artaraq 1 barelə görə 107,93 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,19% artaraq 102,75 dollar təşkil edib.