Futbol üzrə İtaliya Kubokunda final oyununda mübarizə aparan komandalar bəlli olub.

Metbuat.az xəbər verir ki, Kubokun yarımfinal görüşündə "Alyans" stadionunda "Yuventus" "Fiorentina"nı qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

"Yuventus" ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi üçün bu kubokda 21-ci dəfə finala yüksəlib.

İlk finalçı isə ötən gün yarımfinalda “Milan” ilə mübarizə apararaq qalib olan “İnter” olub.

Qeyd edək ki, "İnter" və "Yuventus" arasında İtaliya kubokunun finalı mayın 11-də, Roma Olimpiya Stadionunda keçiriləcək.