"Qarabağ" yeni rekorda imza atdı

"Qarabağ" klubu Azərbaycan Kubokunda yeni rekorda imza atıb.

Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdiyi yarımfinal mərhələsinin ilk oyununda nail olub.

Bu görüşədək keçirdiyi 68 səfər qarşılaşmasında 98 dəfə fərqlənən "köhlən atlar" qol sayını 101-ə çatdırıb. "Qarabağ"ın 101-ci qoluna penaltidən Kadi Borqes imza atıb. Ağdamlılar bu qolla turnirin tarixində rekordçu olub. Komanda səfərdəki qol sayında 100 dəfə fərqlənən “Neftçi”ni keçib. "Köhlən atlar"ın orta məhsuldarlığı 1,46-dır.

"Qarabağ"ın Azərbaycan Kubokundakı 100-cü qolunu isə İbrahima Vadji vurub. Seneqallı hücumçu 88-ci dəqiqədə komandasını hesabda önə keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR