Kiyevdə müdafiə səddləri ləğv edilir:

Kiyevdə vəziyyət mərhələli şəkildə normala dönür. Küçələrdəki barikadaların bəziləri tamamilə ləğv edilib.

Metbuat.az xəbər verir ki, Kiyevin bələdiyyə sədri Vitali Kliçko belə açıqlama verib. O bildirib ki, Kiyevə qayıdanların sayı artmağa başlayıb. Kliçko paytaxtda fəallığın artdığını buna görə də barikadaların insanların hərəkətinə mane olduğunu ifadə edib.

Kliçko həmçinin müharibənin davam etdiyinə diqqət çəkərək, lazımi ərazilərdə barikadaların qalacağını ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR