Ukraynada hərbi vəziyyət rejimi uzadılıb

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət rejimini mayın 25-dək uzatmaq barədə qərar verib.

Metbuat.az “unian.net” saytına istinadən xəbər verir ki, hərbi vəziyyət müddətinin uzadılması barədə qanun layihəsini ölkə Prezidenti Vladimir Zelenski təqdim edib.

Qeyd edək ki, fevralın 24-də Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Ukraynada hərbi vəziyyət rejiminin müddəti aprelin 25-dək qüvvədə idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR