“Qalatasaray”da prezident seçkisi ilə bağlı YENİ QƏRAR

“Qalatasaray”da prezident seçkisi ilə bağlı yeni qərar qəbul olunub.

Metbuat.az xəbər verir ki, Asliye Hüquq Məhkəməsi klubun etirazından sonra ləğv edilən seçkinin keçirilməsini qərara alıb.

“Sarı-qırmızılılar”ın konqresində baş tutacaq seçki ilə bağlı ehtiyat tədbiri qərarı qüvvədən düşüb. Bu isə o deməkdir ki, İstanbul təmsilçisi öncədən planlaşdırıldığı kimi, aprelin 30-da yeni prezidentini müəyyən edə biləcək.

Qeyd edək ki, hazırda “Qalatasaray”a Burak Elmas rəhbərlik edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR