ABŞ və Rusiya məhbusları Türkiyədə mübadilə etdi

ABŞ və Rusiya arasında məhbus mübadiləsi baş tutub.

Metbuat.az xəbər verir ki, ABŞ həbsdə olan rus pilot Konstantin Yarşenko ilə Rusiyada həbsdə olan keçmiş amerikalı hərbçi Trevor Reed dəyişdirilib. Məlumata görə, tərəflər arasında danışıqlara Türkiyə vasitəçilik edib. Dəyişdirilmə prosesi də Türkiyədə baş tutub.

Tərəflər Türkiyəyə eyni anda gəliblər. Amerikalı nümayəndənin sözlərinə görə, mübadilər aylardır davam edən müzakirələrdən sonra baş tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR