Müharibə Rusiya torpaqlarına keçdi? -

Rusiyanın Belqorod vilayətində yenidən partlayış səsləri eşidilib.

Metbuat.az xəbər verir ki, Sputnik agentliyinin jurnalisti gecə saatlarında şiddətli partlayış səsinin eşidildiyi barədə məlumat yayıb. Yerli mənbələr isə iki partlayışın baş verdiyini yazır. İzvestiya qəzeti Belqorod valiliyinə istinadən xəbər verir ki, bölgədə müdafiə sistemləri işə düşüb.

Qeyd edək ki, iki gün əvvəl həm Belqorodda, həm də Kursk şəhərində partlayış səsləri eşidilmişdi. 4 gün əvvəl isə Bryansk şəhərində neft bazasında yanğın baş vermişdi. İki həftə əvvəl Rusiya tərəfi Ukraynanın ordusunun Bryansk şəhərini bombaladığına dair məlumat yaymışdı. Aprelin 21-də isə Rusiya Müdafiə Nazirliyinin Tver şəhərindəki “S-400” zenit-raket kompleksi və “İsgəndər” raketlərinin hazırlandığı Elmi-Araşdırma Mərkəzində yanğın baş vermişdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR