Azərbaycan komandalarının oyununda kütləvi DAVA:

AFFA-nın keçirdiyi Həvəskar Liqasının “Bayil Rovers” – “Çinar” (Zəngilan) oyununda kütləvi dava baş verib.

Metbuat.az xəbər verir ki, 76-cı dəqiqədə yaşanan toqquşma baş verib. Bununla əlaqədar İntizam Komitəsi cəzalar tətbiq edib.

Qərara əsasən, “Bayil Rovers”dən Qismət Əhmədov, “Çinar”dan isə Rəhman Veysəlov və Bilal Rəhimov 6 oyun cəzalanıb.

Hər üç oyunçu insident zamanı qırmızı vərəqə ilə meydandan qovulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR