Şok ssenari: Cənubi Rusiya dövləti yaradılır

Rusiya işğal etdiyi Ukrayna ərazilərində "Cənubi Rusiya" adlı kvazidövlət yaratmaq ssenarisini nəzərdən keçirir.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Sxemlər" layihəsinin sərəncamında olan "Cənubi Rusiya Xalq Şurasının manifesti"ndə qeyd olunub.

Sənəddə deyilir ki, Ukrayna dövləti 2014-cü ildə qanuni yolla seçilmiş prezidentin devrilməsindən sonra guya Ukrayna SSR sərhədləri daxilində legitimliyini itirib və "Kiyev-Rus dövlətinin, Zaporojye Seçinin, Böyük Yekaterina dövrü Novorusiyasının və Ukrayna SSR-in varisi" Cənubi Rusiya sayılır.

"Keçmiş Ukrayna dövləti tərəfindən terrora və nasizm-bandera ideologiyasının totalitar şəkildə tətbiqinə cavab olaraq, biz Cənubi Rusiya Xalq Şurasının timsalında hakimiyyəti öz əlimizə alırıq və yeni Cənubi Rusiya dövlətini qururuq", - manifestdə qeyd edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR