Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi uzun müddətdir danışıqlar apardığı Xorxe Xesusla razılıq əldə edib. 67 yaşlı portuqaliyalı mütəxəssis "sarı-lacivərtlilər"i çalışdırmağa hazırdır.

Təcrübəli çalışdırıcı ilə rəsmi müqavilə imzalanacağı təqdirdə o, ilinə 10 milyon avro qazanacaq.

Qeyd edək ki, Xesus son olaraq 2020/2021 mövsümündə Portuqaliya "Benfika"sını çalışdırıb.