"Neftçi"nin hücumçusu 13 mövsümdən sonra ilkə imza atıb

“Neftçi”nin futbolçusu Tyaqo Bezerra mövsüm ərzində 10-cu qoluna imza atıb.

Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu Premyer Liqanın XXV turunun “Sumqayıt”la səfər oyunundakı (2:0) dublla qol sayını ikirəqəmli ədədə çatdırıb.

Bezerra son 13 mövsümdə 10 və ya daha çox qol vuran 35 yaşı arxada qoyan yeganə futbolçudur.

Azərbaycan çempionatında belə veteran bombardirə sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub. Amiran Muciri “Bakı”nın heyətində 11 qolla yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR