Azərbaycan Yaponiya ilə ikiqat vergitutmanı aradan qaldırmağı müzakirə edib

Azərbaycan iqtisadiyyat Naziri Mikayıl Cabbarov Yaponiyanın xarici işlər nazirinin müavini Honda Taro ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov məlumat verib.

"Görüşdə ölkələrimiz arasında iqtisadi, xüsusilə ticarət əlaqələrinin inkişafı, ikiqat vergitutmanın aradan qaldırılması və sərmayələrin qorunması, yaşıl enerji sahəsində əməkdaşlıq barədə müzakirə apardıq. 2019-cu ilin mart ayında "Nazirlərin dəvət edilməsi" proqramı üzrə Yaponiyaya səfərimi, keçirilən görüşləri xoş təəssüratla xatırladıq", - deyə o, qeyd edib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR