İsveçrə şirkəti ilə yerli sahibkarlar arasında əməkdaşlıq müzakirə olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İsveçrənin “Flitex” şirkətinin direktoru Franko Santini ilə görüşüb.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, görüşdə dövlət-özəl tərəfdaşlığına və KOBİA-nın bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə verdiyi önəm qeyd olunub, şirkətlə yerli sahibkarlar arasında əməkdaşlığın qurulması üçün Agentliyin göstərə biləcəyi dəstəyə dair fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR