Ermənistanda aksiyalar davam edir

İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar davam edir.

Metbuat.az xəbər verir ki, aksiyalar zamanı daha bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında ölkənin keçmiş polis rəis Valeri Osipyan da var. Yerli mənbələr yazır ki, Osipyan müxalifətlə iqtidar arasında danışıqların əsas vasitəçilərindən hesab olunurdu.

Qeyd edək ki, ötən həftə intensivləşən aksiyalar zamanı 200-ə qədər nümayişçinin saxlanıldığı bildirilir. Aksiyanı keçmiş iqtidarın komandasından formalaşan müxalifətçilər təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR