Çavuşoğlunun “Bozqurd” işarəsi diplomatik gərginlik yaratdı:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ona etiraz edən ermənilərə “Bozqurd” işarəsi göstərməsi ilə bağlı Uruqvayda etirazlar davam edir.

Metbuat.az xəbər verir ki, Çavuşoğlunun “Bozqurd” işarəsi göstərməsinə etiraz olaraq, Uruqvay Senatı diplomat Hüqo Kaurusun Türkiyəyə səfir təyin edilməsini qadağan edib. Senat Ermənistanla isə əlaqələrin daha da sıxlaşdırılmasına qərar verib. Qərarə əsasən Edudardo Rosenbrok Ermənistana səfir təyin olunub. Buna qədər Edudardo Rosenbrok Ermənistanda müvəqqəti işlər vəkili kimi fəaliyyət icra edirdi.

Qeyd edək ki, Çavuşoğlunun ermənilərə haqlı cavabına Uruqvay prezidenti Luiz Lakalle Pou da etiraz etmişdi. Xatırladaq ki, paytaxt Montevideoda ermənilər və erməniyönlü nümayişçilər Türkiyə səfirliyinin açılışından sonra Çavuşoğluya etiraz etmişdilər. Çavuşoğlu da haqlı olaraq etirazçılara “Bozqurd” işarəsi ilə cavab vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR