İran səfirliyi Heydər Əliyevin doğum günü ilə bağlı paylaşım edib -

İranın Azərbaycandakı səfirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, tviterdə H.Əliyevin İranın ali rəhbəri Əli Xamenei ilə şəklini paylaşan diplomatik nümayəndəlik qeyd edib:

“Mərhum Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynamış bu mərhum liderin xatirəsini ehtiramla yad edirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR