Yaşı 16-dan az olan çinli yeniyetmələrin canlı yayım açması qadağan edildi

Çində yaşı 16-dan az olanlar sosial media hesablarında canlı yayım aça bilməyəcəklər.

Metbuat.az xəbər verir ki, Çinin media qurumu belə qərar imzalayıb. Qərarə görə, yaşı 16-18 arası olan gənclər isə canlı yayım açmaq üçün valideynlərinin icazəsini təqdim etməlidir. Bildirilir ki, yeniyetmələrə qarşı tətbiq edilən qadağa kiber hücumlarla bağlıdır. Məqsəd gəncləri bu təhlükədən müdafiə etməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR