Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapıldı

Aprelin 27-də Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Orucov Elməddin Yusir oğlunun axtarışları başa çatıb.

Metbuat.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

E.Orucovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 10 km aralıda aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR