Yunanıstan qalmaqallı sazişi təsdiq etdi:

Yunanıstan parlamenti ABŞ-a ölkədə yeni hərbi bazalar yaratmaq icazəsi verən sənədi təsdiq edib.

Metbuat.az xəbər verir ki, ABŞ-Yunanıstan Qarşılıqlı Müdafiə Əməkdaşlığı sazişi Vaşinqtonun Yunanıstanda 1-i dəniz olmaqla 4 yeni hərbi baza yaratmasına icazə verir. Məlumata görə, hərbi əməkdaşlıq sazişi ilk dəfə 1990-cı ildə imzalanıb. Əvvəlki saziş ABŞ-ın Yunanıstan torpaqlarında təlim keçməsinə və hərbi əməliyyatlar aparmasına icazə verirdi. Yeni sazişin müddəti 5 ildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR