Bu komanda Azərbaycan çempionatından çıxarılıb

Futzal üzrə Azərbaycan II Liqasında çıxış edən "Hövsan" klubu Azərbaycan çempionatından kənarlaşdırılıb.

Metbuat.az xəbər verir ki, buna səbəb komandanın üzrlü səbəb olmadan ardıcıl 3-cü dəfə oyuna gəlməməsi səbəb olub.

"Hövsan" matçların 50%-ni keçirdiyi üçün bütün qalan görüşlərdə kluba 0:5 hesabı ilə məğlubiyyət verilib. Klub bildiriş verildikdən sonra 15 gün ərzində qərardan apellyasiya vermək hüququna malikdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR