İNANILMAZI BACARDILAR: Alimlər ölümü "məğlub" etməyin yolunu tapdı

ABŞ-da elm adamları inanılmaz uğura imza atıblar.

Metbuat.az xəbər verir ki, həkimlər ölmüş şəxsdən götürülən gözə yenidən həyat verməyi bacarıb. Bildirilir ki, gözə yenidən həyat verəndən sonra hüceyrələr canlı gözdə olduğu kimi fərqli işıq səviyyələrinə uyğunlaşa bilib. Elm adamları gözə həyat vermək üçün yeni texnologiya ərsəyə gətiriblər. Bu texnologiya vasitəsilə oksigen və lazımi maddələr gözə ötürülüb. Məlumata görə, araşdırma Utah universitetində aparılıb. Araşdırmanın nəticələri isə “Nature” nəşrində yayımlanıb. İndi elm adamları eyni prosesi beyin üzərində həyata keçirmək istəyir.

Dünya mediası bu uğuru “elm adamları ölümü məğlub etməyin yolunu tapmağa yaxındır” başlığı ilə oxucularına təqdim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR