Rəşad Dağlı bu meyxanasına görə üzr istəyib -

Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Rəşad Dağlının üzr videosu yayılıb.

Metbuat.az xəbər verir ki, Rəşad Dağlı meyxana bədahətən olduğu üçün dindarlara qarşı yanlışlığa yol verdiyini etiraf edib.

"Masallıda toyların birində meyxanaçı Rəhmanla deyişməmiz olub. Əvvəlki toyların birində Rəhman mənə bir bənd meyxana demişdi, bu toyda da onu xatırlatdı. Mən də ona cavab vermişəm. Sözün bədahətən olmasına görə fikrimi düzgün çatdıra bilməmişəm. Bu da dindarlar arasında haqlı olaraq narazılığa səbəb olub.

Məni tanıyanlar bilir, seyid nəslindənəm, bu yolun tərəfdarıyam, Məşhəd və Kərbəla ziyarətlərində olmuşam, həmişə çalışmışam, dini təbliğ edim. Qardaşlarım bilsinlər ki, heç də həmin tərbiyədə, əxlaqda deyiləm, üzrxahlığımı qəbul etsinlər”, - deyə meyxanaçı bildirib.

Metbuat.az azxeber.com-a istinadən meyxanadan həmin hissəni təqdim edir:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR