Yayın "transfer bombası" Messi ola bilər -

Argentinalı futbolçu Lionel Messinin yenidən “Barselona”ya qayıdacağı ilə bağlı iddialar idman dünyasında müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, Messinin atası Xorxe Messi oğlunun “Barselona”ya qayıtmaq istəyinin olduğunu gizlətməyib. O bildirib ki, Messinin doğma komandasına qayıtmaq ehtimalı həmişə var. Xorxe Messi deyib:

“Baş məşqçi Xavi belə Messinin geri dönməsi üçün qapıların hər zaman açıq olduğunu ifadə etdi. Ümid edirəm ki, Messi bir gün yenidən “Barselona” foması geyinəcək”.

Qeyd edək ki, “Barselona” maliyyə çətinliklərinə görə, Lionel Messi ilə müqaviləni yeniləmədiyi üçün o, "Paris Sen-Jermen" klubu ilə razılığa gəlmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR