Azərbaycanın kişi qrossmeysterlərinin sayı 27-ə çatıb

Beynəlxalq Şahmat Federasiyası (FİDE) bir qrup şahmatçıların titulunu rəsmi qaydada təsdiqləyib.

Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Sloveniyadakı şəxsi Avropa çempionatından sonra Gövhər Beydullayeva qadınlar arasında beynəlxalq qrossmeyster, Xəzər Babazadə isə beynəlxalq usta kimi qeydiyyatdan keçib.

FİDE eyni zamanda Məhəmməd Muradlını beynəlxalq qrossmeyster kimi siyahıya daxil edib.

Qeyd edək ki, Məhəmməd Muradlı kişi şahmatçılar arasında müstəqil Azərbaycan tarixində 27-ci qrossmeyster kimi tarixə düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR