Meyiti tapılan şəxsin 24 gün əvvəl öldürüldüyü

Bakıda meyiti tapılan şəxsin 24 gün əvvəl öldürüldüyü məlum olub.

Bu barədə Metbuat.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilmişdir.
Belə ki, mayın 6-ı saat 11 radələrində Nərimanov rayonu, Atatürk prospektində yerləşən mənzildə 1986-cı il təvəllüdlü Şamil Əliyevin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan və çürüməyə məruz qalmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Toplanmış ilkin sübutlar nəticəsində cinayət əməlininin 1989-cu ildə Bakı şəhərində anadan olmuş Emil Ağayev tərəfindən 23 aprel 2022-ci il tarixdə törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Emil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR