Messi PSJ-dən ayrılaraq ABŞ təmsilçisinə keçəcək - İDDİA

Fransa PSJ-sinin və Argentina millisinin futbolçusu Lionel Messi 2023-cü ildə ABŞ-ın "İnter Mayami" klubuna keçəcək.

Metbuat.az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu MLS təmsilçisinin səhmlərinin 35 faizini də alacaq.

Nəşr qeyd edib ki, Messi 2022/2023 mövsümünün sonunda Paris komandasından ayrılacaq.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında İspaniya "Barselona"sını PSJ-yə dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR