Rəşad Dağlı niyə üzr istədiyini açıqladı: "Həmin videoda..."

Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə dəyişmə zamanı işlətdiyi ifadalarə görə təhdid olunması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o, sosial media hesabında açıqlama yayaraq bu iddiaları təkzib edib:

“Bir uğursuz qafiyəyə görə söz-söhbət yayılmışdı, mən də bununla bağlı açıqlama vermişdim. Həmin videodan belə təsəvvür yaranıb ki, mən hansısa bir yerdə hədə-qorxu, təhdid altında açıqlama vermişəm. Bu, əsla belə deyil. Mən təhlükəsizliyin təmin olunduğu elə bir ölkənin vətəndaşıyam ki, məni heç kim heç nəyə məcbur edə bilməz. Sadəcə, könüllü, ürəyim istəyib açıqlama vermişəm ki, ortada olan narazılıq aradan qaldırılsın”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR