“NATO təhlükəsizlik təşkilatıdır. Burada terror təşkilatlarının olmasını qəbul edə bilmərik”.
Metbuat..az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətinə belə münasibət bildirib. O deyib:
“Bu ölkələr PKK və YPG-yə ev sahibliyi edir. NATO-ya Finlandiya və İsveçin üzv olmasına “yox” deyəcəyimizi bəyan etdik”.
Ərdoğan bildirib ki, Türkiyənin əvvəlki rəhbərlikləri Yunanıstan, Fransa, Almaniya kimi ölkələrin NATO-ya üzv olmasına razılıq verib. Hazırda isə bu ölkələr Türkiyəyə qarşı mövqeyi ilə seçilir.