SON DƏQİQƏ: Türkiyəyə qarşı sanksiyalar ləğv edildi

Böyük Britaniya Türkiyəyə müdafiə sənayesi məhsullarının ixracı ilə bağlı tətbiq etdiyi sanksiyaları ləğv edib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi naziri İsmail Demir belə açıqlama verib.

Qeyd edək ki, “Bloomberg” nəşri Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiq etmək üçün şərtləri olduğunu yazmışdı. Bu şərtlər arasında Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların ləğvi də var idi. Türkiyənin 2019-cu ildə Suriyada həyata keçirdiyi hərbi əməliyyatlardan sonra bəzi Avropa ölkələrinin sanksiyalarına məruz qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR