Rusiyadan Finlandiya və İsveçlə bağlı ŞOK HƏMLƏ:

“NATO-ya üzv olmaq üçün müraciət edən İsveç və Finlandiya Rusiya üçün təhdid təşkil edir”.

Metbuat.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu belə açıqlama verib. O bildirib ki, NATO-nun bu həmləsinə qarşılıq olaraq Rusiya sərhəddə 12 hərbi baza quracaq.

Qeyd edək ki, Prezident Vladimir Putin də İsveç və Finlandiyanın Rusiya üçün təhdid təşkil etdiyini açıqlamışdı. Putin bildirmişdi ki, NATO-nun Finlandiya və İsveçdəki hərbi fəaliyyətinin səviyyəsindən asılı olaraq Rusiya cavab tədbirləri həyata keçirəcək. Finlandiya hökuməti isə NATO-nun ölkədə daimi baza qurmaq planlarının olmadığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR