Pakistan Baş nazirindən Ərdoğana təklif - “Üçümüz birlikdə...”

“Bu, təkcə böyük qardaş və dost yox, həm də Pakistanın mübarizəsinin də çox böyük dəstəkçisi olan Prezident Rəcəb Tayyib Ərdoğanın dinamik liderliyində Pakistan və Türkiyə arasındakı əməkdaşlığın başqa bir gözəl nümunəsidir”.

Metbuat.az xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif MİLGEM layihəsinin üçüncü gəmisi olan “Bədr”in dənizə buraxılması ilə bağlı deyib. Şərif Türkiyə müdafiə naziri Hulusi Akar və Pakistanın digər rəhbər şəxsləri ilə birlikdə “Bədr” gəmisinin suya buraxılması mərasimində iştirak edib.

Mərasimdə çıxış edən Şərif Türkiyə və Pakistan arasındakı əlaqələrin Ərdoğanın dönəmində ən yüksək zirvəsinə çatdığını bildirib. Şərif Çin-Pakistan iqtisad dəhliz (CPEC) layihəsinin Çin, Pakistan və Türkiyə arasında üçtərəfli razılaşma olmasını təklif edib və bu böyük potensialdan hər iki xalqa fayda gətirmək üçün istifadə etmək istədiklərini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR