“Milan” 11 ildən sonra İtaliya çempionu oldu

Bu gün İtaliya A seriyasında 2021/2022 mövsümünə yekun vurulub.

Metbuat.az xəbər verir ki, turnirin qalibi son turun matçlarından sonra bilinib.

Turnir cədvəlində 83 xalla 1-ci pillədə qərarlaşan "Milan" 38-ci turda "Sassuolo"nun qonağı olub. "Qırmızı-qaralar" bu görüşdə 3:0 hesabı ilə qalib gəlməklə çempion adını qazanıb.

81 xalla 2-ci pillədə olan "İnter" isə son turda "Sampdoriya"nı 3 cavabsız qolla məğlub edib.

Beləliklə, "Milan" 11 illik fasilədən sonra yenidən çempion olub. Komanda sonuncu dəfə 2010-2011 mövsümündə qızıl medalları əldə etmişdi.

Qeyd edək ki, 3-cü pillədə isə 79 xalla "Napoli" qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR