Baş məşqçisinin çempionluq medalı oğurlandı

İtaliyanın “Milan” klubunun baş məşqçisi Stefano Piolinin qızıl medalı oğurlanıb.

Metbuat.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hadisə “Sassuola” ilə matçdan sonra baş verib.

Onun sözlərinə görə, hadisə çempionluğu qeyd edərəkən baş verib: “Kimsə onu boynumdan qopardı. Bunu mənə qaytarsalar, minnətdar olaram, çünki baş məşqçi kimi qazandığım ilk qızıl medaldır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR