Qurban Qurbanov: "Marsel"lə oyunda sanki o dünyaya gedib gəldim"

"Həyatda daim maraqlı anlarım olub".

Metbuat.az Report-a istinasən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

50 yaşlı mütəxəssis həyata gəlməyinin də sanki möcüzə olduğunu bildirib: "Ailədə sonuncu övladam. Bəzən düşünürəm ki, ailədə 5 övlad var idi. 6-cı olmaya bilərdi. Həmişə özümə sual vermişəm ki, görəsən, bu dünyaya niyə gəlmişəm"?

Qurbanov Bakıda Fransa "Marsel"i ilə görüşdəki feyr-pley jestindən də danışıb: "Narahat idim ki, görəsən, qərarım düzgündür? Belə bir deyim var: "Sanki o dünyaya gedib gəldim". Mən də bu hissləri yaşadım. Əllə oynayan İbrahima Vadji həssas insandır. Qol zamanı hiss etdim ki, burada şübhəli nəsə var. Vadji də tam sevinə bilmirdi. Sonra rəqibin oyunçuları ilə insident yaşandı. Hakim də qolu qeydə almışdı. İlk dəfə Vadjidən soruşanda mənə baxmadı. Rəqibin oyunçusu mənə yaxınlaşıb etirazını bildirdi. Ürəyimə gələn o oldu ki, əllə vurulubsa, o qolu qeydə almayacağam. Narahat idim, fikirləşdim ki, qol sayılmasa, 25 min azarkeş məni söyəcəkmi? Halbuki bizim qolumuz İsveçrə "Bazel"i ilə görüşdə qeydə alınmamışdı. Daha sonra Vadjidən bir neçə dəfə soruşdum və Maksim Medvedevə dedim ki, hakimə bunu bildirsin. Ondan sonra fanatların reaksiyasını gözlədim. Matçdan sonra epizodun təkrarına baxana qədər narahat idim. İcmalı izlədikdən sonra çox rahat oldum".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR