"Finlandiya və İsveçə görə Türkiyəni NATO-dan çıxarın" -

Türkiyənin İsveç və Finlandiya ilə bağlı haqlı mövqeyi ABŞ-da bəzi dairələri narahat edib.

Metbuat.az xəbər verir ki, “National Review” adlı nəşr problemin həlli üçün Türkiyəni NATO-dan çıxarmaq barədə çağırış edib. “Türkiyəni NATO-dan çıxarmağın vaxtıdır” adlı məqalədə Ankaranın mövqeyini dəyişməyəcəyi qeyd edilib. Türkiyə əleyhinə haqsız iddiaların səsləndirildiyi yazıda müəllif qeyd edib ki, NATO Türkiyə əvəzinə İsveç və Finlandiyaya üstünlük verməlidir.

Qeyd edək ki, Türkiyə Finlandiya və İsveçin terror təşkilatlarına dəstək verdiyini əsas gətirərək, bu ölkələrin NATO-ya üzv olmasına qarşı çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR