AFFA rəsmisi Millətlər Liqasının oyununa təyinat alıb

AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə təyinat alıb.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Norveç və Sloveniya yığmaları arasında keçiriləcək Millətlər Liqasının qrup mərhələsinin III tur oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, noyabrın 9-da Oslodakı "Ullevaal” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR