Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 2 999 nəfər vaksinasiya olunub.

Bu barədə Metbuat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 349, ikinci doza vaksinlərin sayı 271 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 148-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 231 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 710 006, birinci doza peyvəndlərin ümumi sayı 5 346 173, ikinci doza vaksinlərin sayı 4 847 713 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 271 36


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR