Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirdi -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

Metbuat.az-ın məlumatına görə, iclasla bağlı yayılan açıqlamada beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğu vurğulanır.

Bildirilir ki, ölkənin cənub sərhədlərində həyata keçirilən və ya aparılacaq əməliyyatlar qonşu ölkələrin ərazi bütövlüyünü hədəf almır, milli təhlükəsizlik zərurətindən irəli gəlir.

Vurğulanır ki, beynəlxalq ittifaqlarda müttəfiqlik ruhuna hər zaman uyğun hərəkət edən Türkiyə müttəfiqlərindən də eyni məsuliyyəti və səmimiyyəti gözləyir.

“Terrora dəstək verərək beynəlxalq hüququ pozan ölkələri buna son qoymağa və Türkiyənin təhlükəsizliklə bağlı həssaslığını nəzərə almağa çağırdıq”, - deyə açıqlamada qeyd olunu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR