İndiyə qədər 228,5 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb

2022-ci ilin 1 may tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 573.199.160 kassa çeki üzrə 228,5 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb.

Metbuat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov “vergiler.az” saytına müsahibəsində deyib.

O qeyd edib ki, bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb.

"“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 1 may tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 573.199.160 kassa çeki üzrə 228,5 milyon manata yaxın, bu ilin yanvar-aprel ayları ərzində isə 144.945.143 çek üzrə 56,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə istehlakçılara 38 milyon manata yaxın ƏDV məbləği qaytarılmışdı", - E.Məmmədov bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR