Azərbaycanla Türkiyə arasında iqtisadi tərəfdaşlığa dair sənəd imzalandı

Azərbaycanla Türkiyə arasında iqtisadi tərəfdaşlığa dair sənəd imzalanıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitterde paylaşım edib.

Paylaşımda deyilir:

"Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla ölkələrimiz arasında sıx münasibətlərin ikitərəfli #iqtisadi əlaqələrin inkişafında rolu, kiçik və orta sahibkarlıq, sənaye, eləcə də standartlaşdırma və metrologiya sahələrində tərəfdaşlığın gücləndirilməsi üçün müştərək qurumların yaradılması barədə danışdıq. Qardaş ölkə ilə iqtisadi tərəfdaşlığımızın möhkəmlənməsi istiqamətində Anlaşma Memorandumu imzaladıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR