Ukraynada fransız jurnalist öldürüldü

Fransız jurnalist Frederik Leklerk-İmhof Ukraynada öldürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Tvitterdə bildirib.

“Jurnalist Frederik Leklerk-İmhof müharibə reallıqlarını göstərmək üçün Ukraynada idi. O, rusların bombardmanından qaçmaq üçün humanitar avtobusda mülki əhali ilə birgə olsa da, ölümcül zərbədən qaça bilmədi” - deyə Makron qeyd edib.

BFM TV artıq əməkdaşının həlak olduğunu təsdiq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR