Keçisini axtararkən mağaraya girdi, İNANILMAZ MƏNZƏRƏ ilə üzləşdi - Əcaib varlıqlar... /

Türkiyənin Mersin bölgəsinin Arslanlı kəndində çoban keçisini axtararkən tarixi mənzərə ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, çoban dağın ətəyindəki mağarada boya ilə çəkilmiş şəkillərin olduğunu müşahidə edib. O, yerli dairələrə məlumat verəndən sonra tarixçilər araşdırmalara başlayıb. Məlum olub ki, qayaların üzərində müxtəlif heyvanların və əcaib varlıqların fotoları çəkilib. Şəkillərin bizim eradan əvvəl çəkildiyi bildirilir. Tarixi ərazi nəzarətə götürülüb. Məsələdən xəbər tutan sakinlər tarixi şəkilləri izləmək üçün əraziyə axın edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR