Xırdalanda keçmiş arvadını öldürən kişi TUTULDU

Mayın 30-u saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1996-cı il təvəllüdlü Rəqsanə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Metbuat.az-a verilən xəbərə görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1987-ci il təvəllüdlü Ramil Məmmədovun küçədə, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rəqsanə Məmmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanIB. Ramil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuya bilərsiniz: Abşeronda keçmiş əri tərəfindən öldürülən qadının FOTOSU


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR