Qahirədə qədim Misir tabutları və heykəlləri tapılıb

Qahirə yaxınlığındakı qəbiristanlıqda arxeoloqlar yüzlərlə qədim Misir tabutları və tuncdan hazırlanmış tanrı heykəlləri aşkar ediblər.

Bu barədə Metbuat.az xarici KİV-ə istinadən xəbər verir. Bildirilib ki, həmin tapıntıda Anubis, Amun, Osiris və digər tanrıların heykəlləri ilə yanaşı, Saqqara piramidasını tikən memarın başsız heykəli də var.

Misirin Turizm və Turizm və Qədim Əsərlər Nazirliyi bildirib ki, 250 tabut, 150 tunc heykəl və digər əşyaların eramızdan əvvəl 500-cü ilə aid olduğu güman edilir.

Boyanmış taxta tabutlar bütöv halda tapılıb və içərisində mumiya, amulet və taxta qutular olub.

Qeyd edək ki, tabutlar nümayiş üçün Giza Böyük Piramidaları yaxınlığında tikilməkdə olan Böyük Misir Muzeyinə təhvil veriləcək və muzey bu ilin sonunda açılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR