"Milan" klubu ABŞ şirkətinə satılıb

ABŞ-ın "RedBird Capital Partners" şirkəti İtaliyanın "Milan" klubunu satın alıb.

Metbuat.az Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, şirkət bununla bağlı "Elliott Advisors UK Limited"lə razılıq əldə edib.

Proses sentyabrdan gec olmadan başa çatacaq. Müqavilənin məbləği 1,2 milyard avrodur.

Qeyd edək ki, "Milan" 2021/2022 mövsümündə İtaliya çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR