Aİ səfirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyiblər.

Metbuat.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun jurnalisti Rikard Yozvyak "Twitter" hesabında bildirib.

O qeyd edib ki, yeni məhdudiyyətlər sabah Aİ-nin Rəsmi Jurnalında dərc edilməlidir.

"Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 6-cı paketi Aİ-dəki səfirlər tərəfindən qəbul edilib. Patriarx Kirill bura daxil deyil", - deyə R.Yozvyak qeyd edib.