Ukraynanın taxıl problemi həll olunur

Türkiyə Ukraynadan taxılın dünya bazarlarına təhlükəsiz çatdırılmasını təmin etmək mexanizmini formalaşdırmaq üçün diplomatik təmaslar aparır.

Metbuat.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə tərəfi ilə Rusiya, Ukrayna və BMT nümayəndələri arasında aparılan danışıqlar nəticəsində “taxıl dəhlizi”nin funksionallığını təmin etmək üçün yol xəritəsi hazırlanıb.

Yaxın vaxtlarda İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT-nin iclası keçiriləcək. İclasda Ukrayna limanlarından taxıl ixracı müzakirə olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR