Conson vəzifədən gedə bilər

Böyük Britaniya parlamentində Baş nazir Boris Conson üçün etimad səsverməsi keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilir ki, etimad səsverməsinin keçirilməsini Consonun rəhbəri olduğu Mühafizəkarlar Partiyası tələb edib. Nəticə Consonun əleyhinə olarsa, o partiya liderliyini itirəcək. Bu da onun Baş nazir postundan getməsi ilə nəticələnəcək.

Qeyd edək ki, Boris Conson pandemiya dövründə karantin qaydalarını pozaraq partilər təşkil etdiyinə görə sərt tənqid edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR